Nağıllar, hekayələr

Ülkər Rəhimqızı. Ayı və dostları

Heyvanlar səhər idmanı edirdilər. Təkcə Ayı yuxudan durmaq istəmirdi. Bir gün belə, iki gün belə...


Dostları onu danlayırdılar:

 

- Belə olmaz! Günü-gündən tənbəlləşirsən.


Bir gün meşədə yanğın baş verdi. Heyvanlar qaçmağa başladılar. Ayı da yaman qorxmuşdu. Amma sürətlə qaça bilmirdi. Dostları onu çayın kənarına gətirdilər.

 

Meşə kralı Şir dedi:

 

- Bu sənə dərs olsun! İdmanla məşğul olsaydın, cəld, çevik olardın. Özünü də, dostlarını da təhlükəyə atmazdın.