Şeirlər

Mövlud Teymur. Qurban olum

Vətən, sənin çöllərinə,

Dağlarına qurban olum.

Ətir dolu güllərinə,

Bağlarına qurban olum.

 

Babəkinə, Koroğluna,

Ər qızına, ər oğluna

Bükülməyən şir qoluna,

Vüqarına qurban olum.

 

 

 

Əlvan rəngli bayrağına,

İşıq saçan növrağına.

Təzə açan zanbağına

Baharına qurban olum!