Valentina Oseyeva. Onu kim cəzalandırdı?
Mən dostumun xətrinə dəydim. Mən yoldan keçəni itələdim. Mən iti vurdum. Mən bacıma kobudluq elədim. Hamı məndən incidi. Mən tək qaldım - deyib balaca oğlan ağladı.
- Onu kim cəzalandırdı? - qonşu anadan soruşdu.
- Heç kim. O, özü-özünü cəzalandırdı - ana cavab verdi.
21.02.2022