Şeirlər

Əyyub Məmmədov. Novruzgülü

Qar altından novruzgülü,

Baş qaldırdı yorğun-yorğun.

Xəbər verdi, bahar gəlib,

Daha bitib boran, çovğun.

 

Dərsin məni sevən qızlar,

Saçlarına bənd etsinlər.

Mənə gözəl nəğmə qoşub

Oxuyaraq yol getsinlər.