Şeirlər

Ələsgər Əlioğlu. Əhsən

Cəfərin işi-gücü,
Əldə daş oynatmaqdı.
Hara gəlirsə gəlsin,
Tuşqullayıb atmaqdı...


 
Bağda bir daş atdı o,
İlk dəfə "əhsən"  dedik.
Çoxlu qoz düşdü yerə,
Sındırıb bir-bir yedik...