Bu maraqlıdır!

Elektrik stansiyaları ətraf mühiti necə korlayır?

İstilik elektrik stansiyaları elektrik enerjisi istehsal etmək üçün təbii yanacaq növlərindən istifadə edirlər. Həm kömür, həm də neft yanarkən karbon 4-oksid və su buxarı ayrılır. Onlar öz növbəsində atmosferin aşağı qatlarında toplanır. Karbon 4-oksid yerdən qalxan istini “tutub saxlayır”, bununla da planetin havasının istiləşməsinə səbəb olan istixana effekti adlı prosesin yaranmasına səbəb olur. 


Atom stansiyalarının istifadəsi zamanı zərərli qazlar alınmır, ancaq sonra məhv edilməsi və saxlanılması çətin olan radioaktiv tullantıları əmələ gəlir.


Su stansiyaları, külək və günəş stansiyaları ətraf mühiti çirkləndirmir, ancaq onların nəhəng qurğuları ətrafın görünüşünü korlayır. Külək enerjisini istifadə edən aerogeneratorlarda isə akustik çirklənmə baş verir, belə ki, pərlərin hərəkəti çox güclü səs yaradır.