Bu maraqlıdır!

Dillər haqqında maraqlı faktlar

Dünyada müxtəlif xalqlar yaşayır və onların hamısı fərqli dillərdə danışır. Son illərdə “ingilis dili”ni beynəlxalq dil kimi istifadə etmək tendensiyası olsa da, bir çox ölkədə bu günə qədər müxtəlif dialektlər istifadə olunur.


1. Son əsrlərdə ən az dəyişilən dil - İsland dilidir (íslenska). Demək olar ki, gəlmə söz yoxdur. İslandiyanın mərkəzi Avropadan kənarda yerləşdiyinə görə, island dili ciddi dəyişikliklərə məruz qalmayıb. Bu səbəbdən island dilində digər dillərdən  az sayda söz keçib. İsland dilinin əsas cəhətlərindən biri, dilin öz qədimiliyini qorumasıdır. 

 

2. Papua Yeni Qvineya ərazisində 700-ə yaxın dil danışılır.


3. Çex dilində yalnız samitlərdən ibarət sözlər var. Hazırlıqsız insan üçün bu sözləri tələffüz etmək olduqca çətindir.


4. Vyetnam ərazisində yayılmış Sedanq dilində 50 sait var.


5. Kambocanın əsas dili olan, Asiyanın ən iri dilllərindən biri – Khmer dilinin əlifbasında 76 hərf var. Bu dilin səs tərkibi saitlərlə zəngindir. Köksözlü dillərdəndir. Leksikasında sanskrit, pali və fransız dillərindən keçmə sözlər çoxdur. Khmer dilində ilk kitabələr VII əsrin əvvəlinə aiddir.


6. Bir çox ölkələrdə bir neçə dil eyni vaxtda rəsmi dil statusuna malikdir. Bu məsələdə Hindistan liderlik edir - 17 dil. İkinci yerdə 11 dillə Cənubi Afrika qərarlaşıb.


7. Abxaz dilində cəmi 2 sait, 60 samit var.


8. ABŞ-ın İllinoys ştatında rəsmi dil “Amerika dili”dir və qanun ingiliscə danışmağı qadağan edir.


9. Çin dilində durğu işarələri yoxdur. Bununla belə, Çin dilinin əlifbası yoxdur. Qədim piktoqramlar əsasında inkişaf etdirilən yazı növü zamanla ideoqramlara çevrilib və geniş yayılıb. Məlum olan bütün ideoqramları öyrənmək çətin olduğundan 115 əsas literalı əzbərləməklə qalan bütün ideoqramları bu literalların birləşdirilməsi yolu ilə yadda saxlayırlar. Çin lüğətləri literalların xətt sayısına görə tərtib olunur. Çin dili — Çin-Tibet dil ailəsinə aid bir dildir. Dünya əhalisinin təxminən beşdə birinin ana dilidir. Orijinal adı “Con ven” və ya “Han ü” adlanır. Çində dövlət dili və rəsmi dil Mandarin və ya Putonxua adlanır.


10. Fransız dili 6 əsr Böyük Britaniyanın rəsmi dili olub. 


11. Bugenvil adasının yerli sakinlərinin əlifbası cəmi 11 hərfdən ibarətdir.


12. Dünyada ən çox insanın danışdığı dil Çin dilidir. İkinci yerdə - hindi, üçüncü yerdə isə - ispan dilidir. Dördüncü və beşinci yerləri müvafiq olaraq ingilis və ərəb dilləri tutur.


13. Ölü dil sayıılan - Latın dili, buna baxmayaraq, Vatikanın rəsmi dilidir.


14. İngilis dilində 600 000 çox söz, ənənəvi Çin əlifbasında isə 40 000 çox simvol var.


15. Sinonimlərin sayına görə İngilis dili birinci yerdədir.


16. Afrikada elə bir ölkə yoxdur ki, orada bütün əhali rəsmi dili bilsin, əhalinin əksəriyyəti yerli qəbilə dialektlərində danışır.


17. Fransız dilində ən uzun cümlə 823 sözdən ibarətdir və Viktor Hüqonun “Səfillər” əsərində rast gəlinir.


18. İspan dili dünyada ən çox danışılan dillərdən biridir və ingilis dilindən sonra ikinci ən vacib dildir. Planetdə demək olar ki, yarım milyard insan ispan dilində danışır, bu dil 21 ölkədə rəsmi dildir, həmçinin BMT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların rəsmi dilidir. Həmçinin, İspan dilində sual və nida cümlələrində durğu işarələri təkcə cümlənin sonunda deyil, həm də cümlənin başında başı aşağı qoyulur!