Şeirlər

Şirinxanım Kərimbəyli. Vətəni candan əziz sanmalıyıq

Vətəni candan əziz sanmalıyıq,
Onun hər istəyinə yanmalıyıq.

O ki, öz eşqinə yar etdi bizi,
Onu səatdə elə anmalıyıq.

 

 

Verməyək yağıya heç bir qarışın,
Verəriksə, əbədi donmalıyıq.

O bizə can deyəsi tək anadır,
Bunu biz, ay həzarat, qanmalıyıq!

 

Ağrısı, acısı olsa Vətənin,
Hər işimizi təmam danmalıyıq.

Yetərək dadına ər balasıtək,
Ocağına od olub yanmalıyıq.

 

Olub əskər, çəkərək keşiyin,
Səf durub önündə dayanmalıyıq!
Vətəni candan əziz sanmalıyıq!…