Şeirlər

Əlibala Hacızadə. Şəhid yuxuma girdi

O necə vəhşət idi,
O necə dəhşət idi,
O nə müsibət idi
Başıma gətirdilər.

 

Elədilər min günah:
Yeri-göyü tutdu ah.
Zəhər qatdılar, Allah,
Aşıma, gətirdilər.

 

Qərənfilim, danış, din,
Səni dinləmək çətin.
Toyuma gəlməliydin,
Yasıma gətirdilər.