Şeirlər

Şirinxanım Kərimbəyli. Çox qiymətli incidi

Uşaqlar – bu dünyaya,
Çox qiymətli incidi.

Bənzərlər coşqun çaya,
Həyatın sevincidi.

 

 

Dillərindən bal axır,
Ürəkləri ovlayır.

Könlü yandırıb-yaxır,
Qəlbləri alovlayır.

 

 

Uşaqlar – göz işığı,
Ata, ananın canı.

Cahanın yaraşığı,
Gələcəyin ünvanı.

 

 

Hər körpənin öz nazı,
Baldan şirin dili var.

Gətirər evə yazı,
Hər qəlbdən dərdi qovar.

 

 

Uşaqlar dünyamızın,
Sabahına açardır.

Onlarla xülyamızın,
Dərd qapısın açardır.

 

 

Siz, ey həyat günəşi -
Bapbalaca körpələr.

Gözünüzün atəşi,
Cahana od səpələr.