Şeirlər

Mina Rəşid. Cığal öskürək

Xəstəlikdən iki gün
Süsən dərsə getmədi.
Məktəb üçün darıxdı,
Tez sağalmaq istədi.

 


‘‘Dərslərimi öyrəndim
Bəs indi mən nə edim?
Axı öskürək məni
Qoymur məktəbə gedim.

 


Anam bəhməz içirir,
Limon verir, sağalım.
Əlində qalmışam mən
Öskürəyin - cığalın .

 


"Məktəb mənsiz darıxır", -
Söylədi anasına.
Məktəbin rəsmin çəkib
Tez asdı yaxasına.