Bu maraqlıdır!

Bütün meteoritlər yerə düşürmü?

Meteoritlər kosmik boşluqdan Yer kürəsinə və başqa planetlərə düşən iri daşlardan ibarətdir. Bu daş parçalarının qalıqları atmosfer ilə toqquşan zaman o qədər qızır ki, közərir. Bu hissəciklərin çoxu əriyir və ya buxarlanır, ona görə də onların çoxu yer səthinə gəlib çatmır və ya toza çevrilir. Ancaq həmişə belə olmur, bəzən yerə onun səthində özündən sonra böyük kraterlər qoyan nəhəng meteoritlər düşür.