Şeirlər

Şirinxanım Kərimbəyli. Gəlib axır çərşənbə

Gəlib axır çərşənbə,
Uşaqlar tonqal çatır.
Tüstü ağappaq pənbə,
Özünü göyə atır.

 

Küçədə bir hay-həşir,
Dövrə vurub qız-oğlan.
Hər tonqal, sanki bir tay,
Gülür sevinir hər yan.

 

 

 

Uşaqlar papaq atır,
Hər evin dəhlizinə.
Çərşənbədə kim yatır?
Gecə düşür izinə.