Şeirlər

Rəfiqə Qasımqızı. Qar yağıb

Qar yağıb meşələrə,

Ac qalacaq heyvanlar.

Qaranquşlar oxumur,

Səssiz qalıb eyvanlar.

 

Qar üstünə düşübdür,

Ləpiri dovşanların.

Yağan qardan əyilib,

Gövdəsi yovşanların.

 

Boz ayılar, kirpilər,

Gedib qış yuxusuna.

Qışda soyuq olacaq,

Onların çoxsuna.