Şeirlər

Ələsgər Əlioğlu. Kölgəm keçir

Mələk günəşli gündə

Dayanıb arxa baxır.

Suyu çoxalıb xeyli,

Arx indi iti axır...

 

Qız bir azca düşünüb,

Başlayır hay-haraya:

"Mən bu tayda qalmışam,

Kölgəm keçir o taya!..".