Bu maraqlıdır!

Yer kürəsinin yaşını hesablamaq olarmı?

Alimlər çox mürəkkəb və müxtəlif üsulların köməyi ilə Yer kürəsinin yaşını hesablaya biliblər. Onlar qazıntılar zamanı tapılmış, daşlaşmış heyvan və bitki qalıqları üzərində təhqiqat aparmışlar. Onlar həmçinin stratları, yəni yer səthini təşkil edən torpaq qatlarını öyrəniblər. Ən əsası isə onlar bir materialın başqa materiala çevrilməsinə lazım olan vaxtı ölçə biliblər. Bu üsul müxtəlif materialların şüalanma intensivliyinə əsaslanır və radioaktiv üsul adlanır. 


Bir çox alimlər hesab edir ki, Yer kürəsinin yaşı təxminən 4600 milyon ilə bərabərdir.