Bu maraqlıdır!

Öyrədici coğrafiya

Hansı dövlət eyni anda dörd yarımkürədə yerləşir?
Planetimizdə eyni zamanda Şimal, Cənub, Qərb və Şərq yarımkürələrində yerləşən yalnız bir dövlət var. Bu, Sakit Okean boyunca səpələnmiş adalar toplusu olan Kiribati Respublikasıdır.

 

ABŞ-da hansı su yolu iki okeanı birləşdirir?
Panama kanalı, Atlantik və Sakit Okeanları birləşdirən yeganə su yolu deyil. Vayominq Ştatında iki axına bölünən bir çay var. Birinci qolu İlan və Kolumbiya çayları vasitəsilə qərbə, Sakit okeana, ikinci qolu isə Yellostoun, Missuri və Missisipi vasitəsilə Atlantik okeanına, şərqə axın edir. Gəmi bu axardan keçməsə də, balıqlar bu su yolu vasitəsilə köç edirlər.

 

Everestin zirvəsi niyə bir vaxtlar dəniz dibi olub?
Bir zamanlar Tetis okeanı Himalay dağlarının yerində yerləşib. Təxminən 70 milyon il əvvəl Qondvanadan qoparaq şimala doğru hərəkət edən Hindustan tektonik plitəsi Avrasiya ilə toqquşub və nəticədə da dağ silsiləsinin əmələ gəlməsi prosesinə səbəb olub. Bu həqiqətin parlaq sübutu məhz Everestin zirvəsidir ki, o, əhəngdaşı ilə örtülüdür (əhəngdaşı - əsasən qədim dəniz canlılarının qabıqlarından ibarət süxurdur).

 

Niyə xəritələrdə Şimal məhz yuxarıdadır?
Qədim dövrlərdə Aralıq dənizi və onun sahilyanı əraziləri -məskunlaşmaya görə dünyanın mərkəzi idi. Kartoqraflar dənizin şimalındakı ərazini ən təfərrüatı ilə təsvir edirdilər, buna görə də o dövrdən xəritələrin yuxarı hissəsi Şimala yönəldilmişdir. Baxmayaraq ki, eyni dövrün Çin xəritələrində cənub yuxarıda, bir qədər sonrakı Ərəb xəritələrində isə şərq şimal yerinə təsvir edilirdi. Orta əsr Avropa xəritələrində ilahiyyatçılar da şərqi yuxarıda qeyd edirdilər, çünki orada bibliya ənənəsinə görə cənnət yerləşirdi. Qədim ənənə yalnız 15-ci əsrdə geri qayıtmağa başladı və o, şimala yönəlmiş ox ilə kompasın yayılması ilə gücləndirildi.

 

Hansı dənizin adı, bu dənizdən uzaqda yerləşən şəhərin adı ilə bağlıdır?
Adriatik dənizi İtaliyanın Adria şəhərinin şərəfinə adlandırılıb, lakin bu şəhər onun sahilində deyil, ondan 22 km məsafədə yerləşir. Bu şəhər eramızdan əvvəl VI-cı əsrdə həqiqətən də böyük liman idi, lakin Po Deltası lilləndikcə Adriatik dənizi ondan şərqə doğru çəkilməyə başladı. Adria bir müddət qazılmış kanallar sayəsində liman olaraq qaldı, lakin barbarların işğalı və böyük bir daşqın səbəbindən əhəmiyyətini itirdi.

 

Hansı ölkədə dəniz suları vaxtaşırı iki hissəyə bölünür?
İldə bir dəfə Cənubi Koreyanın Jindo qraflığının iki adası arasında, 2 km uzunluğunda və 40 m enində keçid əmələ gətirən, güclü dəniz suyunun dövraşırı çəkilməsi baş verir. Bir saat ərzində yerli sakinlər və turistlər açıq quruda gəzir və burada tələyə düşmüş dəniz ləzzətlərini toplayırlar.

 

Maqadan yaxınlığındakı adalardan biri niyə “Anlaşılmazlıq adası” adlanır?
1910-cu illərin sonlarında Maqadan (Rusiya Federasiyasında yerləşən şəhər) yaxınlığındakı Oxot dənizində işləyən hidroqrafik ekspedisiya sahildən üç kilometr uzaqlıqda yerləşən kiçik bir adanı görməyərək onu xəritəyə salmamışdır. Tezliklə səhv düzəldildi və adaya “Anlaşılmazlıq adası” adı verildi.

 

Bir kartoqrafın səhvi nəticəsində Amerikanın hansı dövləti adlandırılıb?
Kolumbun başçılığı ilə ispanlar Amerika adalarından birinə enəndə buranı Vəftizçi İohannın şərəfinə San-Xuan adlandırdılar. Puerto Riko şəhəri tezliklə adanın inzibati mərkəzinə çevrildi (ispan dilindən "zəngin liman" kimi tərcümə olunur). Lakin sonradan kartoqraflar adanın və şəhərin adlarını qarışdırdılar, ona görə də indi ştat Puerto Riko, paytaxtı isə San-Xuan adlanır.

 

Hansı əlifbada cəmi 12 hərf var?
Papua Yeni Qvinemin bir hissəsi olan Bougainville adasının sakinləri cəmi 12 hərfdən ibarət Rotokas dilində danışırlar. Bu dilin əlifbası latın əlifbasına əsaslanır və tərkibində sadəcə a, e, g, i, k, o, p, r, s, t, u, v hərfləri var.

 

Bizoniya dövləti harada və nə vaxt mövcud olmuşdur?
1947-1949-cu illərdə Avropa ərazisində Bizoniya dövlət quruluşu mövcud idi. Bu, Almaniyanın, Birləşmiş Britaniya və Amerika işğal zonalarının adı idi (latınca tərcümədə “bi” prefiksi “iki”dir). 1948-ci ildə Fransanın işğal zonası Bizoniya ilə birləşdi və Trizoniya
yaradıldı, daha sonra isə Almaniya Federativ Respublikası adlandırıldı.

 

Qurudan ən uzaq yer hansı qütbdə yerləşir?
Qurudan ən uzaq yer Sakit Okeandadır - bu, ən yaxın qurudan 2688 km məsafədə yerləşən Nemo nöqtəsi və ya Əlçatmazlıq okean qütbüdür. Sakit okeanın Cənub bölgəsində planetin quru hissəsindən xeyli uzaq məsafədə yerləşən bir nöqtədir. Ona ən yaxın məskunlaşma yeri ondan 400 km aralıqda yerləşən Beynəlxalq Kosmos Stansiyası sayılır. Ora ən yaxın torpaq, yaşayış olmayan Ducie Atoll adasıdır, 2688 km uzaqlıqda yerləşir. Bu nöqtə tədqiqat mühəndisi Hrvoye Lukatela (Hrvoje Lukatela) tərəfindən 1992-ci ildə kompüter simulyasiyasından istifadə edərək tapılmışdır.
Nemo Nöqtəsi ilə kosmos arasındakı maraqlı bir əlaqə, Beynəlxalq Kosmos Stansiyasına olan yaxınlığıdır.

 

Neçə qitədə Aralıq dənizi iqlimi mövcuddur?
Aralıq dənizi iqlimi – subtropik qurşaqda yerləşib ilboyu rütubətliyin qeyri barəbər olmasilə (əsasən qış yağıntısı) səciyyələnir. Bitki örtüyü həmişəyaşıl meşələr və kserofit kolluqlardan ibarətdir Bu iqlim tipi Aralıq dənizi sahili ölkələri, Kaliforniya yarımadası ətrafı, Avstraliyanın cənub və qərb hissələri, Cənubi Amerikada Çili sahilləri, həmçinin Cənubi Afrikanın qərb sahillərində və Qara dənizin bəzi yerlərinə də xasdır - məsələn , Anapa, Novorossiysk, Gelencik və Krımın cənub sahillərinə.

 

Təbii qarpız qarını harada görmək və dadmaq olar?
Kaliforniyanın Sierra Nevada ştatı kimi bəzi yüksək dağlıq ərazilərdə yayda qarpız qarını görə bilərsiniz. Çəhrayı rəngdədir və qarpız qoxusuna və dadına malikdir. Bu hadisə qarda qırmızı piqment astaksantin olan Chlamydomonas nivalis yosunlarının olması ilə əlaqədardır. Bu yosunlar həm də bəzi orqanizmlər, o cümlədən buz qurdları üçün qida rolunu oynayır. Onlar yalnız aşağı temperaturda buzlaqlarda yaşaya bilirlər və ən azı 5 ° C-ə qədər qızdırıldıqda parçalanır və ölürlər.