Şeirlər

Oqtay Rza. Əsgər

Adımın mənasını
Öyrədib nənəm mənə;
Ömür boyu borcluyam
Ana yurda, Vətənə.

 

Xalam hərdən deyir ki,
Sən balaca qoçaqsan;
Böyüyəndə tanınmış
General olacaqsan.

 

Babamdan eşitmişəm:
İgidlər alqışlanır;
Generallığın yolu
Əsgərlikdən başlanır.