Şeirlər

Rafiq Yusifoğlu. Yadigar adlar

Tural, Günay, mən və Günel
Bir babanın nəvəsiyik.
Bu dünyadan köçüb getmiş
İgidlərin əvəziyik.
 
 
 
Ürəyimiz ayrı deyil
Elimizdən, obamızdan.
Adlarımız yadigardır
Bizə Qorqud babamızdan.
 
 
Biz getsək də, onlar qalıb
Əsrlərlə yaşayacaq.
Babaların, nənələrin adlarını
Nəvələri daşıyacaq.