Şeirlər

Zahid Xəlil. Dalğalar

Dəniz necə mavidi
Göy dəftər üzü kimi.
Parıldayır damlalar
Balığın gözü kimi.
Birdən tufan başladı,
Qalxdı, yatdı dalğalar;
Nərə çəkdi, hayqırdı,
Sanki atdı dalğalar.
Guruldadı göy dəniz,
Dalğalar qaya oldu.
Qayaların dibində
Köpüklər taya oldu.
Hey axırdı dalğalar
Coşğun dağ çayı kimi.
Ağ yelkənli qayıqlar
Görünürdü sahildən
Nəhəng qağayı kimi.