Bu maraqlıdır!

Qədim misirlilərin heroqlif sistemi

Yeni eradan 3-2,5 min il əvvəl qədim misirlilər özlərinin say sistemini yaratdılar. Bu sistemdə əsas ədədlər 1, 10, 100 və s. xüsusi işarələrin - heroqliflərin köməyi ilə təsvir olunurdu. Misirlilər onları qəbir daşlarının üzərinə həkk edir, qamış qələmlə papiros lülələrdə yazırdılar. Onlar ədədləri yazmaq üçün heroqliflərdən istifadə edirdilər.

 

Bütun qalan ədədlər bu heroqliflərdən toplama əməlinin köməyi ilə təşkil olunurdu.

 

Heroqlif sistemində yazılmış ədədin qiyməti onu təşkil edən işarələrin yerləşmə ardıcıllığından asılı deyil.

 

Hətta onlar sağdan sola doğru, alt-alta və ya qarışıq yazılsa da ədəd dəyişmir. Bir qədər sonra heroqliflərin sadələşdirilməsi nəticəsində əlyazmanı asanlaşdıran şərti işarələr meydana gəldi. Onlar ieratik yazının əsasını təşkil etdilər(yun. “ieratikos” -“müqəddəs”). Ədədlərin belə yazılışına sonrakı dövrlərin Misir papiroslarında rast gəlmək olar. Qədim Misir hesabının sirlərini açan iki riyazi papiros tam şəkildə bizim dövrə gəlib çatmışdır. Onlardan biri “Raynd papirosu”, digəri isə “Moskva papirosu” adlanır.