Bu maraqlıdır!

İnsan Yer kürəsinin mərkəzinə çata bilərmi?

İnsan kosmik zondların köməyi ilə başqa planetləri tədqiq edə bilib, hətta kosmosa uça bilib, ancaq öz planetinin dərinliklərinə baş vura bilməyib. O, planetimizdə ancaq bir neçə yüz metr dərinliyə qədər təhqiqat apara bilib.

 

Fransız yazıçısı Jül Vern öz əsərinin birində yer kürəsinin mərkəzinə səyahəti təsvir edir. Əsərin qəhrəmanlarından biri olan professor Linderbrok dərinliklərə girərək Yerin nüvəsinə çatır. Əlbəttə, professor da, onun səyahəti də uydurma idi. 


İnsan Yer kürəsinin mərkəzinə düşə bilməsə də, alimlər zəlzələlər zamanı yaranmış dalğalardan alınmış məlumatlar əsasında onun daxili hissəsini öyrənə biliblər.