Bu maraqlıdır!

Ağac yananda isti və işıq necə yaranır?

Ağac yananda istilik alınır və işıq saçır, yəni biz işıq və istilik enerjisinin şahidi oluruq. 


Ağac bu enerjiləri Günəşdən alır. Fotosintez adlanan proses zamanı ağaclar iki şey istehsal edir: qlükoza və qlükozadan ibarət sellüloz. Ağac, əsasən, sellülozdan ibarətdir. Demək olar ki, ağac günəş enerjisini sellüloz və başqa hüceyrələr şəklində saxlayır. 


Ağacın yanması zamanı sellülozda toplanmış enerji azad olur.