Şeirlər

Zahid Xəlil. Dilarənin danası

Dilarənin danası
Hər gün qaçır naxırdan.
Bu qəşəng qız neyləsin,
Təngə gəldi axırda.
İstəmədi danası
Danalarla görüşə.
Hirslənib danasını
Buraxmadı örüşə.
Dana damda tək qalıb
Axşamacan mələdi.
Dilarəyə: “Bircə an
Mənə yaxın gəl” - dedi.
Dilarə də buraxdı
Onu damdan axırda.
İndi dana qaçmayır
Axşamacan naxırdan.