Bu maraqlıdır!

Qədim Misirdə coğrafi biliklər

Ətraf ərazilərə ilk səyahətlər qədim misirlilərə məxsusdur. Müxtəlif tikililərdə, daşlar, fil sü­ müyü və ya papirus üzərində olan və bizə gəlib. Ən qədim insanlar təsəvvür edirdilər ki, Yer su ilə əhatə olunmuş yastı dairədir.

 

Bizə çatan yazılarda onların hərbi yürüşləri haqqında məlumat vardır. Bu məlumatlarda göstərilir ki, onlar b.e.ə. XXIX əsrdə Süveyş körfəzinə çatmış, b.e.ə. XXVIII əsrdə Sinayda olan səhralarda hərbi yürüşlər zamanı müvəqqəti su axımı yerləri, tikinti daşı, mis, malaxit, firuzə yataqları tapmış və onlardan uzun illər istifadə etmişlər.


Sonrakı dövrlərdə, təxminən b.e.ə. 1530- cu ildə firon I Tutmos Suriyanı keçərək Fərat çayının yuxarı axarına, b.e.ə. 1493-cü ildə Xatşepsut dəniz səyahəti zamanı Punt ölkəsinə (indiki Somali yarımadası və Yəmənə) çatmış və buradan xeyli miqdarda ağac materialları, fil sü­müyü, qızıl, heyvanlar, qullar gətirmişdir. Qədim misirlilər uzun illər ərzində Nil çayının yuxarı axını, Qırmızı və Aralıq dənizi sahili ərazilərdə üzmüş və ticarət aparmışlar.

 

B.e.ə. IV əsrdə Makedoniyalı İsgəndər Misiri işğal edərkən onların topladığı coğrafi məlumatlardan istifadə etmişdir. Eyni zamanda bu məlumatlar Qədim Yunanıstan alimlərinin əsərləri üçün zəngin mənbə olmuşdur.


B.e.ə. VII əsrin sonunda firon Nexo Misir-Finikiya donanmasında Qırmızı dəniz boyu cənuba üzərək üç il ərzində Afrikanın ətrafına dolanaraq geri qayıtmışdır. Bu səyahət barədə qədim yunan alimi Herodot da məlumat vermişdir.