Şeirlər

Zahid Xəlil. İsgəndərin işləri

Tərsinədir deyəsən
İsgəndərin işləri.
Uşaqlar qışqırırlar:
- Yoxdu qabaq dişləri.

 


Çantasını düz tutub
Hər şey edir tərsinə.
Dərsdən qaçıb İsgəndər
Evə gedir tərsinə!

 


Tərsdir ayaqqabısı,
Köynəyi dal - qabaqdır
Görən bu İsgəndərdi,
Yoxsa ki, balqabaqdır?!

 

 

 

- Müəllim bəs nə dedi
Yazmadığın dərsinə?
Cavabına baxın bir:
 - Mən beş aldım, tərsinə!