Bu maraqlıdır!

Alovun kəşf edilməsinin əhəmiyyəti nədir?

İnsan həyatını alovsuz təsəvvür etmək mümkün deyil. Ola bilsin ki, daş dövrünün insanları mühitin temperaturuna uyğunlaşmışdılar: onlar mağarada yaşayır və öz həyatlarını günəş işığına uyğun qururdular.

 

Alovun kəşf edilməsi qədim insanların həyatında çox böyük dəyişikliklərə səbəb oldu. Alovun köməkliyi ilə onlar öz yaşayış yerlərini işıqlandırır, təhlükəli heyvanları qorxuzur və onu istisindən istifadə edərərək özlərini soyuqdan qoruyur, yemək hazırlayırdılar. Bundan başqa alov müxtəlif qrup insanların bir-biri ilə, məsələn, bayram mərasimlərində daha sıx əlaqələr yaratmalarına imkan yaratdı.