Bu maraqlıdır!

Maya hindilərinin sayları və ədədləri

Mərkəzi Amerikanın ərazisində məskunlaşan hindi xalqları mayyalar yeni eranın əvvəllərində ədədləri təxminən, qədim şumerlər kimi təsvir edirdilər. Mayyalar oxşar ədədlər sistemi yaratmışdılar. Şumerlərdən fərqli olaraq bu sistemin əsasını beşlik-iyirmilik təşkil edirdi.

 

Onlarda ən sadə rəqəmlər xətt və nöqtələrdən ibarət idi ki, onların köməyi ilə 1-dən 19-a qədər ədədlər yazılırdı. Onlar nöqtələrlə 1-dən 4-ə qədər vahidləri, xətlə isə 5-i işarə edirdilər.

 


Mayya sistemində “təhrif" olunmuş iyirmilik hesablama sistemi mühüm rol oynayırdı. Əgər Babil sistemi 60 ədədinin müxtəlif qüvvətlərinə əsaslanırdısa, mayyalarda belə əsas ədədlər rolunda 20, 18 20, 18 • 202, 18 • 203, 18 • 204 və s. çıxış edirdi. Ədədlərin yazılışında rəqəmlər - simvollar biri digərinin altında yazılırdı. Belə yazılışda yuxarıdakı rəqəm böyük hesab olunur.


Mayyalılar sıfırı işarə etmək üçün yarıörtülü gözü xatırladan işarədən I istifadə edirdilər.