Nağıllar, hekayələr

Rafiq İsmayılov. Onluq say sistemi

Heç fikir vermisinizmi, on dənə təklik bir onluq, on dənə onluq bir yüzlük, on dənə yüzlük bir minlik yaradır. Buna onluq say sistemi deyirlər.

 

 

 

Bəs nəyə görə beşlik yox, on ikilik yox, məhz onluq?

 

Çox güman ki, bu, insanın əllərindəki barmaqların sayı ilə bağlıdır. Qədimdə insanların dilində say bildirən sözlər yox idi. “Maralın dörd ayağı var” demək istəyəndə onlar dörd barmağı açıb göstərirdilər.

 

Alış-veriş edəndə də insanlar barmaqla sayırdılar. Çoxlu sayda şeyləri saymaq üçün bəzən bir neçə adam lazım gəlirdi. Birinci adam əllərinin barmaqlarını bir-bir açmaqla təklikləri sayırdı. On barmağı açılıb qurtardıqdan sonra bu adam əlini yumurdu, ikinci adam bir barmağını açırdı. Onun hər barmağı bir onluq demək idi. Bu adamın barmaqlarının onu da açıldıqda məlum olurdu ki, sayılan şeylərin miqdarı on onluğa, yəni yüzə çatıb. Bu zaman üçüncü adam bir barmağını açırdı. Beləliklə, onluq say sistemi yarandı.