Bu maraqlıdır!

Yataq nədir?

Minerallar təbii şəkildə çoxlu sayda yataq adlanan müəyyən ərazilərdə rast gəlinir. Yataqlar yer səthində də ola bilər, ancaq onların əksəriyyəti müəyyən dərinlikdə yerləşir və bu yataqlara çatmaq üçün qazıntı işlərinin aparılması tələb olunur. Mineralların çıxarılması üçün lağımlar və qurğular kompleksinə şaxta deyilir. Şaxtalarda çox ağır əmək şəraiti var.