Bu maraqlıdır!

Dördbucaqlının sahə düsturu

Raynd papirusunda ixtiyari dördbucaqlının sahəsini hesablamaq üçün belə bir qayda verilmişdir: dördbucaqlının sahəsi iki qarşı tərəflərinin uzunluqları cəminin yarısı ilə digər iki qarşı tərəflərinin uzunluqları cəminin yarısının hasilinə bərabərdir.

 

Əlbəttə ki, bu fakt düsturun köməyi ilə deyil, şəkil 1 -də göstərilən kimi nümunə üzərində izah olunurdu. Amma bu qayda doğru deyildir! Hətta paraleloqram üçün o sahənin həqiqi qiymətini vermir.

 


Yalnız düzbucaqlı üçün o bərabərliyə çevrilir. Başqa sözlə desək, Misir qaydası (dəqiq yox, təqribən) düzbucaqlıdan az fərqlənən dördbucaqlılar üçün doğrudur. Görünür, misirlilərin torpaq sahələri məhz bu formada olmuşdur və qaydada həmin xəta onlar üçün əhəmiyyətsiz idi.