Şeirlər

Zahid Xəlil. Yay gəldi

Gəldi yenə, gəldi yay.
Çəkdi sahillərinə
Adamları dəniz, çay.
Aldı, aldı bizi də
Öz qoynuna göy Xəzər.
Döşəyimiz narın qum,
Yorğanımız ləpələr.
Qaçırıq sahil boyu,
Cumuruq göy dənizə.
Bilirik ki, səhərlər
Tez oyanmaq gərəkdir.
Qışda sağlamlıq üçün
Yayda yanmaq gərəkdir.