Bu maraqlıdır!

Bir yerə eyni vaxtda bir dənədən artıq əşya yerləşdirmək olarmı?

Təcrübə keçirək: hansısa bir qabı ağzına qədər su ilə dolduraq və onun içərisinə hər hansı bir əşya qoyaq. Biz bunu edəndə həmin qabdan suyun bir hissəsi töküləcək. Bu qayda ilə əgər biz stolun üstünə böyük qutu qoysaq, onda orda başqa əşya yerləşdirə bilmərik. Qutunun tutduğu yer həcm adlanır. Bütün nə varsa, onun həcm adlanan xüsusiyyəti var, yəni o, hansısa yer tutur. Qutunun tutduğu yeri eyni vaxtda başqa əşya tuta bilməz. Bundan başqa, hər bir əşya və canlının kütləsi var, bu isə o deməkdir ki onun çəkisi var.