Bu maraqlıdır!

Yer kürəsinin hansı bölgələrində tez-tez zəlzələlər olur?

Zəlzələlərin böyük hissəsi, yəni 80 faizə qədəri Sakit okean sahillərində, 15 faizi Aralıq dənizinin Şərq və Asiyanın cənubu, qalanı isə müxtəlif bölgələrdə baş verir. 


Zəlzələlərin əksəriyyəti vulkanların çox olduğu yerlərdə baş verir. Bu isə hər iki hadisənin, həm vulkan püskürməsinin, həm də zəlzələnin bütün başqa səbəblərindən əlavə Yer kürəsinin daxili istiliyi səbəbindən baş verməsi barədə fərziyyəni bir daha sübut edir.