Şeirlər

Əyyub Məmmədov. Dəmirağac

Müəllim uşaqlara,
Təbiətdən danışdı.
Bildirdi bir ağac var,
Hamınıza tanışdı.

 

Suya atsan batacaq,
Oduncağı möhkəmdir.
Sanki, dəmir kimidir
Çox qəribə görkəmdir.

 

 

 

Uşaqlar çaşbaş qaldı,
Çoxu dedi vələsdi.
Düşünmədi heç biri,
Yəqin hamı tələsdi.

 

Gözlərini döyərək,
Baxdılar müəllimə.
Arxa sıradan qalxdı,
Hazırcavab Həlimə.

 

Dedi:- dəmirağacdır
Oxumuşam jurnaldan.
Məlumatım var mənim,
Verilən bu sualdan.