Şeirlər

Zahid Xəlil. May

Şeh səpdi may günəşi
Uçuşdular böcəklər.
Meh əsdi göy çəməndə
Uğundular çiçəklər.

 

 

 

Puçurlamış ağaclar
Sevindi uşaq kimi.
Lalələr çəmənlikdə
Yelləndi bayraq kimi.

 


Gül - çiçək səpə - səpə
Nə xoş gəlib bu il may!
Bir gümüşü lent kimi
Çəmənliyə düşüb çay.

 


Bu gün hamı bəzənib,
Hər uşaq bir çiçəkdi.
Qızların ağ lentləri
Elə bil kəpənəkdi.

 


Şöləsini günəşdən
Alıb bizim bayraqlar.
Onları əllərində
Möhkəm tutub uşaqlar.