Nağıllar, hekayələr

Bozqulağın bahar sevinci

Biri var idi, biri yox idi, bir bala Dovşan var idi. Adı da Bozqulaq idi. Günlərin bir günü qaranquşların səsi onu yuxudan oyatdı.


Bozqulaq burnunu qırışdırdı:

 

- Quşlara bax. Səs salırlar. Qoymurlar yatım. Axı mən yatmaq istəyirəm.

 

Anası ona cavab verdi:

 

- Dur, Dovşan balam. Onlar adi quşlar deyil. Qaranquşlardır. Onlar gəliblərsə, deməli, bahar gəlib.

 

Bozqulaq qulaqlarına inanmadı:

 

- Bahar gəlib? Elə bircə gecədə? Onu qaranquşlar gətiriblər?

 

- Yox, Bozqulağım, bahar qaranquşları gətirib. O gəlib, havalar istiləşib, qaranquşlar da vətənə dönüblər.

 

Bozqulaq yuvadan bayıra atıldı.

 

- Ah, çiçəklərə bir bax! Günəş də çıxıb. Hər tərəf yaşıllaşıb...


Elə bu vaxt Şirincə adlı alma ağacı onu səslədi:

 

- Dost, hara gedirsən?

 

Bozqulaq dedi:

 

- Salam, Şirincə. Gedim, görüm Kirpi oyanıb?


Düz üç aydır yatır...

 

- Al, bunu da dostuna apar.

 

Bozqulaq nəzakətlə:

 

- Sağ ol! - dedi.

 

Çiçəyi alıb dostunun görüşünə tələsdi.