Şeirlər

Zahid Xəlil. Nar

Payız çoxdan yetişib,
Hər yana qırov düşüb.
Qızarıbdır nar kolu
Onu küləklər yolur.


Üstündə bircə nar var
Bəs günəş haçan doğar?!
Payız günəşi doğdu
Qıpqırmızı şar kimi.

 

 

Göydən asıla qaldı
O da yekə nar kimi.
Nar dedi: - Çox sağ ol, sən
Belə tezdən gəlmisən.


Gözləməkdən yoruldum
Darıxmışdım az qala.
Küləklər istəyirdi
Məni budaqdan sala.