Şeirlər

Səməd Vurğun. Müəllimlik

Müəllimlik - bu bir incə sənətdir,
Bu yolu hər gedən olmalı incə.
Saralmaz bir çəmən o göyərincə,
Həyata pək yaxın bir məhəbbətdir.

 

Almanlar etmişdir çox kərə təkrar -
Mənimdir gələcək... müəllimim var...
Dinlə vətəndaşım! Belə bir şüar
Hər qəlbə tac verən bir fəzilətdir.

 

 

 

Qələlər, zindanlar, qorxunc diləklər,
Atəşli vicdanlar, çılğm ürəklər,
Üfqündə məbud bir boşluq bəklər,
Baxdımkeçmişlərə, bu həqiqətdir...

 

Ey göylər suları, sən boşalma, dol!
Tutduğun çiçəkli, reyhanlı bu yol
Hər qəlbə sevinclər vəd edər bol-bol...
Bu günün qayəsi çünki zəhmətdir.