Şeirlər

Səməd Vurğun. Ellər gözəli

Nal tökən dağları yel kimi keçər,
Hər zümrüd yamacdan bir çiçək seçər,
Qaynar bulaqlarm gözündən içər
O ellər gözəli, o el yavrusu.

 

Teylənər dağların qılınc yalında,
Bəzən açıqlıqda, bəzən qalında,
Elə bil ay durur bulud dalında,
O ellər gözəli, o el yavrusu.