Bu maraqlıdır!

Nömrə sözünün çoxsaylı mənaları

“Nömrə” sözünün ona riyaziyyatda verilən mənadan başqa da mənaları vardır. Biz tamaşanın ayrı-ayrı hissələrini nömrə adlandırırıq, məsələn, gözbağlayıcının nömrəsi və ya sirk nömrəsi. Həmçinin nömrə lotereyada bileti göstərir. Xoşagəlməz hallarda və ya kələk işlədilən zaman əhvalatlar haqqında danışanda “Amma filankəs yaman nömrə gəldi”-demək olar. Eyni zamanda, sözün deyilişindən asılı olaraq, müxtəlif məna verə bilər. Məsələn, bu söz telefon mənası verə bilər.