Bu maraqlıdır!

Hər şeyi ölçmək olarmı?

Ölçmə-müqayisə etmənin bir formasıdır. O, bir miqdarın başqa miqdarda neçə dəfə yerləşməsini təyin etmək üçün istifadə olunur. Əgər biz deyiriksə, şkafın hündürlüyü iki metrdir, bu o deməkdir ki, şkafın hündürlüyü iki ədəd 1 metrdən ibarətdir. Bu məlumatı yoxlamaq üçün şkafın hündürlüyünü metr ölçüsü ilə müqayisə etmək lazımdır. Bu cür müqayisə ölçmə adlanır. 


Ölçmənin aparılması üçün şablon və ya müqayisə üçün ölçü vahidi lazımdır. Şkaf ilə olan misalda ölçü vahidi metrdir. Müxtəlif sivilizasiya və mədəniyyətlərdə istifadəsi çox asan olan vasitələrdən başlayaraq bir çox ölçü vahidləri ixtira etmişlər. Ona görə də ayaq, dirsək, addım, daban, dyüm və sajen kimi insan bədənlərinin hissələrinin adı ilə ölçü vahidlərindən istifadə edilib.