İnformasiyanı ölçmək olarmı?
Əhmədlə Orxan riyaziyyat dərsindən sonra mübahisə edirdilər. Əhməd:
– Sən müəllimin dediklərini başa düşdünmü?
– Əlbəttə. Orada başa düşülməyən nə vardı ki?
– Məncə, bir dərsdə həddən artıq informasiya verildi.
– Məncə, yox.
– Necə yox? Əvvəlcə bir tərif verildi, ardınca ikincisi. Sonra da xassələr. Hələ bundan sonra da yeni məsələlər. Bu qədər şeyi başa necə sığışdırmaq olar? Başım lap şişdi.
– Mənim başım şişməyib.
– Çünki sənin başın mənimkindən böyükdür.
Ancaq bir az da in formasiya qəbul etsən, sənin başın da şişəcək, – deyə Əhməd zarafat etdi.