Bu maraqlıdır!

Şarla təcrübə

Şarı üfürüb doldur. Hava ilə dolduqdan sonra onu burax. Özün görəcəksən ki, havanın çıxması ilə şar bir neçə metr uçacaq. Əgər fikir versən görəcəksən ki, şarın uçuş istiqaməti ondan çıxan havanın istiqamətinin əksinədir. Bu təcrübə reaktiv təyyarənin hərəkət etmə prinsipini əyani nümayiş etdirməyə imkan verir.