Təbii yanacaq nədir?
Neft, kömür və təbii qaz yanacaq növləri sayılır, çünki onlar milyon illər əvvəl mövcud olmuş bitki və dəniz heyvanlarının qalığından əmələ gəlib.
Kömür günəş enerjisindən böyümək və inkişaf etmək üçün istifadə etmiş ağaclar və başqa bitkilərdən yaranmışdır. Sonralar bu ağac bitkilər və biltkilər gil və qum qatı altında sıxılaraq daş halına düşmüşdür. Ağır daşların altında qalan bitki tərkibli orqanizmlərdə sakit yanma prosesi getmiş və nəticədə onlar kömürə çevrilmişdir.
Neft kiçik bitkilərdən və ölümündən sonra dənizin dibinə çökmüş dəniz heyvanlarından əmələ gəlmişdir. Onlar orada yavaş-yavaş daşa çevrilən gil və qum qatının altında qalmış və milyon illər sonra bu kiçicik bitkilər və dəniz heyvanları neftə çevrilmişlər.
Təbii qaz da eynilə neft kimi yaranıb, böyük miqdarda laylarla dağların, bəzi hallarda isə dənizlərin dibində və ya qatlarının altında rast gəlinir.
18.04.2022