Bu maraqlıdır!

Avtomobil mühərriki hansı növ enerjidən istifadə edir?

Avtomobil benzinin yanmasından alınan enerjinin köməkliyi ilə hərəkət edir. Benzini neftdən alırlar və onun kimi bu da kimyəvi enerji şəklində yığılmış günəş enerjisinə malikdir. Mühərrikin silindr adlanan kamerasında yanan zaman partlayış əmələ gəlir. Əmələ gələn qazlar mürəkkəb bir sistemlə dirsəkli vala birləşmiş porşeni hərəkətə gətirir. Dirsəkli valın hərəkətə gəlməsi ilə təkər fırlanır və maşın hərəkət edir. Benzinin kimyəvi enerjisi istilik enerjisinə çevrilir, o isə öz növbəsində kinetik və ya hərəkət enerjisinə çevrilir.