Bu maraqlıdır!

Bərpa olunan enerji mənbələri

Enerji mənbəyi enerji alına bilən material və ya materiallar toplusundan ibarətdir. Əgər bu enerjini daima almaq mümkündürsə və o qurtarmırsa, bu mənbəyə bərpa olunan mənbə deyilir. 

 

Günəş, külək, dəniz bərpa olunan enerji mənbələridir, ona görə ki, onlar Yer kürəsində daimi mövcuddur. Kömür, neft və təbii qaz bərpa olunan enerji mənbələri deyil, çünki onlara məhdud miqdarda rast gəlinir və onların ehtiyatı tükənə bilər.