Dastanlar

Oğuz xaqan haqqında rəvayət

Oğuz xaqanın tarixi prototipi hunların başçısı Mode ola bilər. Ona görə də bu tarixi şəxsiyyət haqqında bir neçə söz söyləmək istərdik. Mode Tumanın böyük oğul və şanyu hunlarının vəliəhdi idi. O, b.e.ə 206-cı ildə atasının ölümündən sonra taxta çıxmışdır. Modenin hakimiyyəti dövrü Hun dövlətinin qızıl dövrü hesab edilir. Bu dövrdə hunlar indiki Koreyadan uzaq Tibetə, Şərqi Türküstandan Altay dağlarına qədər böyük bir ərazini tamamilə özlərinə tabe etmişdilər. Bu səbəbdən çinlilər Modenin qoşunlarından müdafiə olunmaq məqsədilə “Böyük Çin səddi”ni tikmişlər. Ancaq bu unikal tikili belə hun hücumlarına mane ola bilməmişdir. Belə ki bu dövrdə hunlar Çin ordusunu darmadağın edərək onları “Sülh və qardaşlıq müqaviləsi” imzalamağa məcbur etmişdilər. Müqaviləyə görə çinlilər hunlara müntəzəm olaraq böyük məbləğdə vergi verməli idilər.


“Oğuznamə” bədii dildə yazılmış və qədim zamanların genealoji əfsanələri əsasında yaradılan, türk xalqlarının şəcərəsi haqqında epik əsərdir. Görünür, dastan ilkin olaraq şifahi ədəbiyyat nümunəsi olaraq yaradılmış, daha sonra isə kağız üzərinə köçürülmüşdür. Maraqlıdır ki, əsərdə ən müxtəlif tarixi hadisələr, ibtidai-icma quruluşu, Hun dövrü, hətta orta əsrlərlə iç-içə, ardıcıl davam edir.


İlk növbədə “oğuz” sözünün mənasına diqqət yetirək. Bu sözü Avropa və rus alimləri “oquz” kimi yazır, ərəb və fars dilində “quzz”, Azərbaycan dilində “oğuz”, qazax dilində “oqız” kimi səslənir. Qədim türk dilində “oğuz” (ağız) sözü - “ananın verdiyi ilk süd”, “dişi heyvanın doğuşdan sonra ilk qatı südü”, eləcə də “tək ananın böyütdüyü uşaqlar” mənalarına uyğun gəlir. Qədim hunların sonrakı nəsli “oğuz” sözünü qəbilələrin birliyi mənasında istifadə etmişlər.


Qayıdaq “Oğuznamə” dastanına - Oğuz xaqana. “Oğuznamə” dastanına diqqət yetirək. Dastan Modenin bir çox məmləkətə hərbi yürüşlərini əks etdirir.


Əlbəttə, düşünürük ki, Oğuz xaqan surətində konkret tarixi şəxsiyyəti axtarmağa cəhd etmək olar, lakin onun real prototipini tapmaq mümkün deyil. Oğuz bədii obrazı vasitəsilə müəyyən tarixi şəxsiyyətlərin real fəaliyyətlərinə nəzər yetirilir. Məlumdur ki, “Oğuznamə” müəyyən tarixi hadisələrin ardınca qələmə alınmışdır. Misal üçün, dastanda müxtəlif ölkələrə çoxsaylı hərbi yürüşlər əks olunub. Alimlərin əksəriyyəti hesab edir ki, Oğuz xaqanın anası Ay-xaqan obrazı, ocaq himayəçisi Umay-ana obrazı ilə əlaqəlidi.


 “Oğuznamə” dastanının şifahi yayılmış variantları əsasında iki yazılı nümunə yaradılmışdır. Birinci nümunə uyğur əlifbasında qələmə alınmış və hal-hazırda Paris Milli Kitabxanasının fondunda qorunur. İkinci nümunə isə ərəb hərfləri ilə yazılmışdır. Bu nümunənin müəllifi görkəmli tarixçi, tanınmış sərkərdə, Xivə xanı Əbdülqazı bin Ərəb Muhamməd xandır (1603-1663). Tarixçi alim kimi Əbdülqazının iki əsəri məlimdur:


1) “ТүркЈмен moKİpeci” (“Türkmən şəcərəsi”), 2) “Typix шежһ peci” (“Türk şəcərəsi”). Demək olar ki, hər iki nüminə Oğuz xanı haqqındadır. Əsərlərdə, əsasən, Oğuz batırın qəhrəmanlıq səfərləri, onun nəslinin xeyirxah əməlləri, Oğuz qəbilələrinin genezisi, həyat tərzi, adət-ənənələrindən bəhs edilir. Əfsuslar olsun ki, Əbdülqazinin “Türklərin soy ağacı” əsəri bizə orijinal formada gəlib çatmamışdır. Müxtəlif zamanlarda, müxtəlif yerlərdə, müxtəlif şəxslər tərəfindən üzü köçürülən əsərin yeddi variantı mövcuddur. Görkəmli rus türkoloq A.N.Kananov onların hamısını hərtərəfli öyrənmiş, sistemləşdirmiş və elmi əsasda mətnlər hazırlamış, bütövlükdə rus dilinə tərcümə etmişdir. Əbdülqazinin “Türklərin soy ağacı’Yıda, Oğuz batırın doğma vətəninə qayıtması münasibətilə böyük şənliyin təşkil edilməsi, oğlu Gün xanın taxta çıxması, ona tabe olan iyirmi dörd bölgənin kiçik qardaşları və oğlanları arasında bölüşdürməsi, ümumi işarə və nəsil damğası, yer üzündə insanlığın meydana gəlməsi və s. çox gözəl, rəvayət şəklində verilmişdir. Bunların heç də hamısı əfsanə deyil. Əlyazmada türk dövlətlərinin qədim tarixinə aid çoxlu dəqiq məlumatlar mövcuddur. Müəllif bütün bunlar haqqında, sadəcə, nəticəyə gətirib çıxarır. “Oğuznamə” dastanının şifahi yayılmış variantları əsasında iki yazılı nümunə yaradılmışdır. Birinci nümunə uyğur əlifbasında qələmə alınmış və hal-hazırda Paris Milli Kitabxanasının fondunda qorunur. İkinci nümunə isə ərəb hərfləri ilə yazılmışdır. Bu nümunənin müəllifi görkəmli tarixçi, tanınmış sərkərdə, Xivə xanı Əbdülqazı bin Ərəb Muhamməd xandır (1603-1663). Tarixçi alim kimi Əbdülqazının iki əsəri məlimdur: 1) “ТүркЈмен moKİpeci” (“Türkmən şəcərəsi”), 2) “Typix шежһ peci” (“Türk şəcərəsi”). Demək olar ki, hər iki nüminə Oğuz xanı haqqındadır. Əsərlərdə, əsasən, Oğuz batırın qəhrəmanlıq səfərləri, onun nəslinin xeyirxah əməlləri, Oğuz qəbilələrinin genezisi, həyat tərzi, adət-ənənələrindən bəhs edilir. Əfsuslar olsun ki, Əbdülqazinin “Türklərin soy ağacı” əsəri bizə orijinal formada gəlib çatmamışdır. Müxtəlif zamanlarda, müxtəlif yerlərdə, müxtəlif şəxslər tərəfindən üzü köçürülən əsərin yeddi variantı mövcuddur. Görkəmli rus türkoloq A.N.Kananov onların hamısını hərtərəfli öyrənmiş, sistemləşdirmiş və elmi əsasda mətnlər hazırlamış, bütövlükdə rus dilinə tərcümə etmişdir. Əbdülqazinin “Türklərin soy ağacı’Yıda, Oğuz batırın doğma vətəninə qayıtması münasibətilə böyük şənliyin təşkil edilməsi, oğlu Gün xanın taxta çıxması, ona tabe olan iyirmi dörd bölgənin kiçik qardaşları və oğlanları arasında bölüşdürməsi, ümumi işarə və nəsil damğası, yer üzündə insanlığın meydana gəlməsi və s. çox gözəl, rəvayət şəklində verilmişdir. Bunların heç də hamısı əfsanə deyil. Əlyazmada türk dövlətlərinin qədim tarixinə aid çoxlu dəqiq məlumatlar mövcuddur. Müəllif bütün bunlar haqqında, sadəcə, tarixçi kimi yox, həm də əsl bədii söz sənətinin ustadı kimi çıxış edir.


Əbdülqazi öz əsəri haqqında danışarkən vurğulayır: “Biz bu kitabı “Türklərin soy ağacı” adlandırdıq”.


Uyğur əlifbası ilə yazılan, Paris Milli Kitabxanasının fondunda saxlanılan “Oğuznamə” dastanını linqvistik nöqteyi-nəzərindən öyrənən və müvafiq elmi şərhini verən türk dilləri üzrə görkəmli mütəxəssis A.M.Şerbakdır. O, “Oğuznamə” dastanının transkriptik mətnini hazırlamış, rus dilinə sətri tərcüməsini həyata keçirmişdir.


Əlbəttə, Oğuz batır haqqında yuxarıda göstərilən əfsanələrin hər ikisinin süjet xətti bir-birinə yaxındır. Ancaq hər birinin özünəməxsusluğu var. Belə ki Oğuz xaqanın öz hakimiyyət və var-dövlətini oğlanları arasında bölməsi hər iki variantda fərqli təsvir edilir. Uyğur əlifbası ilə yazılan variantda Böyük Türk qızıl kamanın və gümüş oxun varlığı haqqında yuxuda öyrənir. “Türklərin soy ağacı”nda isə kaman və ox döyüşçülər tərəfindən qumda basdırılmışdır.


Əbdülqazi “Türklərin soy ağacı”nı yazan zaman tanınmış Fəzlullah Rəşidəddinin kitablarındakı bəzi məlumatlardan istifadə etmişdir. Bununla yanaşı, görünür, tarixçi-alim günümüzə qədər gəlib çatmayan bir çox başqa əlyazmalar barədə də yaxşı məlumatlı idi. Heç şübhəsiz, Əbdülqazinin “Türklərin soy ağacı” kitabı oğuzlar haqqında dəqiq tarixi faktlarla zəngindir.


Nəzərə almaq lazımdır ki, adlarını çəkdiyimiz “Oğuznamə” dastanının bu iki nümunəsindən başqa bir neçə variantları da mövcuddur. Oğuz haqqında məlumatlara görkəmli tarixçi Xondemirin (1475— 1535) “Xülasət əl-əkbər” (“Tarixi məlumatlar toplusu”) əsərində rast gəlinir. İstanbul variantında isə “Oğuznamə” rəvayəti “Kitabi-Dədə Qorqud” dastanı ilə birlikdə verilir. Həqiqətən də, “Oğuznamə” və “Kitabi-Dədə Qorqud” bəzi hallarda bir-biri ilə həmahənglik təşkil edir. Belə ki “Oğuznamə”nin digər bütün variantları yuxarıda adlarını çəkdiyimiz variantlar - ya uyğur əlifbası ilə yazılmış Paris variantına, ya da ərəb əlifbası ilə yazılan Əbdülqazinin variantı ilə üst-üstə düşür. “Oğuznamə” dastanının uyğur əlifbası ilə yazılmış variantı tarixi əlyazmadan daha çox ədəbi əsərdir. Buna görə də “Oğuznamə” dastanını ədəbi-tarixi mövqedən araşdırmağa cəhd etdik.


“Oğuznamə” dastanında hər bir dövr üç hissədən ibarətdir: birinci - hadisənin başlaması, ikinci - hadisənin inkişafı, üçüncü - nəticə, hadisənin yekunu.


Bu mənada “Oğuznamə” dastanını tədqiq edən K.Omiraliyevin baxışı xüsusən diqqətəlayiqdir. O, əsərin süjet xətti və daxili təbiətinə görə onu 17 hissəyə bölür. Bölmələr üzrə verilən başlıqlar həmin bölmə haqqında tam məlumat verir. Həmin bölmələrin adlarını təqdim edirik:


Oğuz xaqanın doğuluşu və uşaqlığı haqqında rəvayət;


Oğuz xaqanının gənclik illəri və qəhrəmanlığını göstərmək üçün hərbi səfəri haqqında rəvayət;


Oğuz xaqanın evlənməsi haqqında rəvayət;


Onun övladları: Ay, Gün, Ulduz, Dağ, Göy, Dənizin doğuşu haqqında rəvayət;


Oğuzun xaqan elan edilməsi və dörd tərəfə səfirlərin göndərilməsi münasibətilə böyük şənliyin təşkili haqqında rəvayət;


Oğuz xaqanın Urum xaqan üzərinə yürüşü haqqında rəvayət;


Göy qurdun Oğuza yol göstərməsi haqqında rəvayət;


Oğuz xaqanın Urum xaqanla döyüşü haqqında rəvayət;


Oğuz xaqanın Urum xaqan üzərində qələbəsi və onun ölkəsinin fəthi haqqında rəvayət;


Uruz bəyin oğlu Saklapın Oğuz xaqanın hüzuruna gəlməsi haqqında rəvayət; Oğuz xaqanın Edil çayını keçməsi haqqında rəvayət;


Oğuz xaqanın çayın uğurla keçidini təşkil etdiyinə görə Ordu bəyə “Qıpçaq” adının verməsi haqqında rəvayət;


Boz (göy) qurdun Oğuz xaqana təkrar görünməsi haqqında rəvayət;


Oğuz xaqanın atı Şaukartanın itməsi və naməlum qəhrəman tərəfindən Muztau (Azərbaycan dili variantında - Boz dağ) dağlarından necə tapılması haqqında rəvayət;


Oğuz xaqanının yol üstündə qarşılaşdığı qızıl sarayın qapılarını açan cəngavərə “Qalaç” adını verməsi haqqında rəvayət;


Boz (göy) qurdun Oğuz xaqana üçüncü dəfə yol göstərməsi haqqında rəvayət;


Oğuz xaqanın sursutlarla (Çurçit xaqanla) döyüşü və onlara qalib gəlməsi haqqında rəvayət;


Oğuz xaqanın böyük hərbi qənimət əldə etməsi haqqında rəvayət;


Qənimətin daşınması üçün “канға” (araba) düzəldənlərə “Кднғалук”, “Kanqaluq”) adının verilməsi haqqında rəvayət;


Boz (mavi, göy) qurdun rəhbərliyi ilə Oğuz xaqanın Сынду (Sindu - Hindistan), Тацгут, Шагам Şam (Dəməşq), ölkələrinə yürüşü və xalqlarını özünə tabe etməsi haqqında rəvayət;


Oğuz xaqanın cənubda Barakda yaşayan Masar xaqanla (Qıl-Barak) döyüşü,

 

Masar xaqan (Qıl-Barak) üzərində qələbəsi və yurda dönüş haqqında rəvayət;


Oğuz xaqanın öngörücüsü Uluq Turukun yuxusunun Oğuza danışması haqqında rəvayət;


Oğuz xaqanın əmri ilə oğlanlarının ova çıxması haqqında rəvayət;

 

Oğuz xaqanın oğlanlarının yolda üç qızıl kaman və üç gümüş oxtapması və onları xaqana gətirmələri haqqında rəvayət;


Oğuz xaqanın oğlanları ilə məşvərəti və bayram şənliyi haqqında rəvayət;


Hakimiyyətinin oğlanları arasında bölməsi haqqında rəvayət;


Oğuz xaqanın vəsiyyəti.


Oğuz xaqan haqqında olan rəvayətlərdə dini-mifoloji mənzərə mühüm yerə malikdir. Məlum olduğu kimi, ibtidai-icma quruluşu dövründə insanlar onları əhatə edən təbiət qüvvələri haqqında müxtəlif əfsanələr yaratmışlar. İcma cəmiyyətində insan öz mənşəyini müəyyən təbiət hadisəsi və yaxud bəzi heyvanlarla əlaqələndirirdilər. Görkəmli alim N.Y.Biçurin qədim türk əfsanə və miflərinə əsaslanaraq təsdiq edir ki, türklər mavi (səmavi) qurddan törəyib. Tədqiqatçı qədim Çin yazılı mənbələrinə istinad edərək qeyd edir ki, türk qəbilələri Səmavi Tenqriyə sitayiş edir, müsbət və mənfi nə varsa, məhz Göydən gözləyirdilər (109, 230). Söylənilənə Oğuz xaqanın toy mərasimi və öz övladlarına Ay, Gün, Ulduz, Dağ, Göy, Dəniz adlarının verməsini sübut kimi göstərə bilərik. Belə ki dastanda belə bir epizod var ki, Oğuz xaqan Səmavi Tenqriyə dua edərkən göydə şimşək çaxır və parlaq işıqlı şüa yerə düşür. Bu yerə gələn batır, hər tərəfi səmavi işığa qərq edən bir pəri görür. Bu barədə “Oğuznamə” dastanında deyilir.


Beləliklə, biz bütün türk xalqlarının ümumi mədəni sərvəti olan “Oğuznamə” dastanı ilə qazax qəhrəmanlıq dastanları arasında mövcud olan ənənəvi bədii əlaqəni görə bilərik. Həqiqətən də, Oğuz batır (bahadır) haqqında olan rəvayətlər və qazax qəhrəmanlıq poemaları çox zaman süjet xətti, üslub və bədii dil cəhətdən oxşarlıq təşkil edir.


Oğuz və qıpçaq qəbilələrinin bir-birinə bağlayan çoxəsrlik tarixi, eyni taleyi bölüşməsi və eyni etnik kökə malik olmasından qaynaqlanır.