Bu maraqlıdır!

İlk lampalar necə olub?

İlk insanların süni işıqlandırmaları olmayıb: onlar günəş çıxanda qalxır, qaranlıq düşən kimi yatırdılar. 


Onlar alovu əldə etməyi öyrəndikdən sonra günəş batanda, yatmamışdan əvvəl bir neçə saat tonqalın işığında vaxtlarını keçirə bilirdilər. Bundan başqa, insanlar məşəl hazırlamağı öyrənmişdilər. Məşəli belə hazırlayırdılar: uzun və yoğun ağacın bir tərəfinə quru otu sarıyırdılar və piy ilə yağlayırdılar ki, məşəl asan alışsın və uzun müddət yansın. 


İlk lampalar girdən və ya metaldan hazırlanmış qablarda idi. Onları hər hansı bir yanacaq maddəsi ilə, məsələn, bitki yağları ilə doldururdular. Yağın içərisinə bitki tellərindən hazırlanmış fitilin bir tərəfini salırdılar, fitil yağı öz canına çəkirdi, o biri başından isə yandırırdılar. Sonralar yağ əvəzinə spirt və ağ neftdən istifadə etməyə başladılar. XIX əsrdə isə qaz lampalarından istifadə edilməyə başlandı. Ancaq işıqlandırma üçün ən çox silindr şəklində və içərisində fitili olan mumdan hazırlanmış şamlardan istifadə edilirdi.

Şamın fitilini yandıranda mum əriməyə başlayır və şam təmiz yanana kimi alovu təmin edir.