Zahid Xəlil. Cüllüt
Gör nə balaca quşdu,
Boynu azacıq lütdü:
Qondu bir gölməçəyə
Cüllütdü bu,cüllütdü.
Qulaq asıb hər səsə,
O tələsə - tələsə,
Balaca gölməçədə
İstəyir balıq gəzə.
Körpə balıqlar isə
Bir anda ondan qaçdı.
Cüllüt heç nə tapmadı
Burdan əliboş uçdu.